Xəzər Xəbər

Bu ərazilərdə suyun verilişində fasilələr olacaq

İqtisadiyyat | 16:35 • 17 İyul 2019
Bu ərazilərdə suyun verilişində fasilələr olacaq

Bəzi ərazilərdə suyun verilişində fasilələr olacaq.

"Azərsu” ASC-dən xezerxeber.az-a verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti