Xəzər Xəbər

Enerji içkiləri üzrə normativ hüququ akt hazırlanıb

İqtisadiyyat | 17:36 • 8 İyul 2019
Enerji içkiləri üzrə normativ hüququ akt hazırlanıb

Artıq agentliyimiz tərəfindən enerji içkiləri üzrə normativ hüququ akt hazırlayaraq onu müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib və həmin akt təsdiqini tapandan sonra qüvvəyə minəcək.


Qida Təhlükəsizliyi Agentliyinin sədri bu sözləri Qoşqar Təhməzli bu barədə AZƏRTAC-ın müxbirinə deyib.


Sədrin dediyinə görə, bəzən Qida Təhlükəsizliyi Agentliyinin energetik içkilərin tətbiqinə qadağa qoyması barədə yanlış informasiyalar yayılır, əslində isə agentlik bu sahədə tənzimləmə prosesi həyata keçirir: "Qəbul etdiyimiz normativ hüquqi akta əsasən məhsula hansı tərkibli maddələrin əlavə olunması onun energetik içki sayılıb-sayılmamasının müəyyən edilməsində əsas meyar olacaq. Hazırlanmış aktda da həmin məhsulların adları öz əksini tapıb. Əgər məhsulun tərkibində həmin maddələrdən ikisi və daha çoxu olarsa, bu, artıq məhsulun energetik içkisi olduğunu sübut edəcək. İstehsal olunan məhsulun tərkibində kofeinin miqdarı 100 millilitrdə 15 milliqramdan az olarsa, bu, enerji içkisi sayılmır. Kofeinin miqdarının 15-32 milliqram olması onun enerji içki olduğunu, 32 milliqramdan yüksək olması isə onun təhlükəli məhsul olduğuna dəlalət edir. Ona görə də tərkibində kofeinin miqdarı həmin normadan yuxarı olan məhsulun istər idxalına, istərsə də istehsalına qadağa qoyulacaq”.

Xəbər lenti