Xəzər Xəbər

İranlı nazir: OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı neft bazarını tənzimləyəcək

İqtisadiyyat | 15:39 • 8 İyul 2019
İranlı nazir: OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı neft bazarını tənzimləyəcək

OPEC və qeyri-OPEC ölkələrinin əməkdaşlığı neft bazarını tənzimləyəcək.


Xezerxeber.az xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə deyib. O, İranın xam neft ixracının artıracağına ümidvar olduqlarını söyləyib.


Qeyd edək ki, iyunda İranın neft ixracının gündəlik təxminən 300 min barrel azaldığı təxmin edilir. Ötən ilin aprelində isə ölkənin neft ixracı maksimuma – sutkada 2,5 milyon barrelə çatmışdı.


Xatırladaq ki, iyulun əvvəlində OPEC-ə üzv və qeyri-OPEC ölkələrlə əldə edilən neft istehsalının azaldılmasına dair sazişin müddəti daha 9 ay uzadılması qərarlaşdırılıb. Qərar 2020-ci il martın 31-dək qüvvədə olacaq. Həmin qərar əvvəlki qərarda olduğu kimi yenə də İrana şamil edilməyib.


Ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 5-ci görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunmuşdu. "Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulmuşdu.

Xəbər lenti