Xəzər Xəbər

Azərbaycan əhalisi nağd dollar alışını 25% azaldıb

İqtisadiyyat | 14:53 • 8 İyul 2019
Azərbaycan əhalisi nağd dollar alışını 25% azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd dollar kütləsinin həcmi 945 975,8 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 24,4% azdır.


Azərbaycanda Mərkəzi Bankından (AMB) xezerxeber.az-a verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dolların məbləği son bir ildə 10,4% azalaraq 795 993,3 min dollara bərabər olub.


Beləliklə, Azərbaycanda əhalinin nağd dolların satışı alışdan 18,8% çoxdur.


Cari ilin əvvəli ilə müqayisədə isə may ayında dolların alışı 4,3% artaraq 170 757,3 min dollar, satışı isə 42,1% azalaraq 173 384,0 min dollar olub.


Qeyd edək ki, bu ilin yanvar-may aylarında dolların orta məzənnəsi 1,6997 manat olub.

Xəbər lenti