Xəzər Xəbər

Bu qurumlar maşınlarını satır QİYMƏT

İqtisadiyyat | 16:14 • 29 İyun 2019
Bu qurumlar maşınlarını satır

Bir neçə dövlət qurumu istifadəsiz qalan avtomobillərini hərraca çıxarıb.

XəzərXəbər Axar.az-a istinadənxəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 30 iyul tarixində avtomobil hərracı təşkil edəcək.

Auksiona ümumilikdə 8 avtomobil təqdim edilib. Onlardan 5-i Ədliyyə Nazirliyinə, 2-si Əmlak Məsələləri Dövlət Komitəsinə, biri isə Baş Prokurorluğa məxsusdur.

Hərracda ən yüksək qiymətə təqdim edilən avtomobil Ədliyyə Nazirliyinindir. Nazirliyin satışa çıxardığı "Nissan Maksima” markalı avtomobil üçün müəyyən edilən ilkin satış qiyməti 8000 manatdır.

İkinci ən yüksək qiymətə təqdim edilən avtomobil Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus eyni markalı ("Nissan Maksima”) nəqliyyat vasitəsidir – ilkin satış qiyməti 7000 manatdır.

Hərraca ən ucuz avtomobili də Ədliyyə Nazirliyi çıxarıb. Belə ki, nazirliyin təqdim etdiyi QAZ-31105-120 markalı nəqliyyat vasitəsi 3000 manata satılır.

Xəbər lenti