Xəzər Xəbər

Azərbaycan yaxın iki ildə Fransadan 40 lokomotiv alacaq

İqtisadiyyat | 16:44 • 13 İyun 2019
Azərbaycan yaxın iki ildə Fransadan 40 lokomotiv alacaq

Yaxın iki il ərzində Fransanın "Alstom” şirkəti Azərbaycana 40 lokomotiv tədarük edəcək.


Bunu Azərbaycan-Avropa ittifaqı biznes forumunda çıxış edən Azərbaycanın Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.


Onun sözlərinə görə, bu, Azərbaycan dəmir yolunun potensialını gücləndirəcək.

"Lokomotivlər əsasən beynəlxalq dəhliz xətlərində istifadə olunacaq", - deyə E. Vəlizadə qeyd edib.


O həmçinin qeyd edib ki, Azərbaycan tərəfi qeyd olunan şirkətlə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. (APA)

Xəbər lenti