Xəzər Xəbər

Ləki-Qəbələ dəmir yolunun tikintisi 2020-ci ildə başa çatacaq

İqtisadiyyat | 17:01 • 11 İyun 2019
Ləki-Qəbələ dəmir yolunun tikintisi 2020-ci ildə başa çatacaq

Ləki-Qəbələ dəmir yolu xəttinin çəkilməsi ilə üçün torpaq yatağının qurulması ilə bağlı işlər ilin sonunadək yekunlaşacaq.


Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin Tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımov deyib.


Onun sözlərinə görə, Ləkidən Qəbələ Hava Limanına qədər olan ərazidə torpaq yatağının qurulması ilə bağlı işlər tamamlanmaq üzrədir: "Belə ki, ilin sonuna kimi bu işlər tam yekunlaşacaq. Dəmir yollarının çəkilməsi isə gələn ilin ortalarına qədər çəkəcək. Bununla yanaşı, "Stadler” şirkətinə məxsus qatarlarından bu xəttdə də istifadəsi planlaşdırlır”.


Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Xəbər lenti