Xəzər Xəbər

Binəqədi şosesində rənglənmə işləri aparılacaq

İqtisadiyyat | 15:36 • 11 İyun 2019
Binəqədi şosesində rənglənmə işləri aparılacaq

Bu axşam 22:00-dan səhər saatlarına kimi Binəqədi şosesində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) xezerxeber.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.


Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti