Xəzər Xəbər

Əlverişsiz hava ilə bağlı Lənkərana enən təyyarə Naxçıvana yola düşüb - YENİLƏNİB

İqtisadiyyat | 17:41 • 8 İyun 2019
Əlverişsiz hava ilə bağlı Lənkərana enən təyyarə Naxçıvana yola düşüb -

Əlverişsiz hava şəraiti ilə bağlı Lənkərana eniş edən Bakı-Naxçıvan təyyarəsi Naxçıvana yola düşüb. Bu barədə AZAL-dan bildirilib.


16:47


Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq AZAL-ın J2-253 Bakı (GYD)-Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib.


Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatında deyilir.


Bildirilir ki, reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.


Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.


Yeni məlumat daxil olduqca elan yenilənəcək.

Xəbər lenti