Xəzər Xəbər

ABŞ bankı müflis oldu – cari ildə bağlanan ilk bank

İqtisadiyyat | 12:26 • 4 İyun 2019
ABŞ bankı müflis oldu – cari ildə bağlanan ilk bank

ABŞ-ın Texas əyalətindəki tənzimləyicilər, "The Enloe State Bank” bankının fəaliyyətini dayandırıblar, bu haqda ölkənin depozitlərin sığortası Korporasiyasının hesabatında deyilir.

Banker.az xəbər verir ki, "The Enloe State Bank” 2019-cu ilin əvvəlindən etibarən bağlanan ilk bankdır.

FDIC ilə razılaşmaya görə, bankın depozitləri "Legend Bank” bankına köçürüləcək. Bağlı maliyyə qurumunun depozit sahibləri avtomatik olaraq "Legend Bank” əmanətçiləri olurlar, korporasiya öz hesablarında onların pul vəsaitlərini sığortalamağa davam edəcəkdir.

Bu ilin 31 mart tarixində "The Enloe State Bank” 36,7 milyon ABŞ dolları məbləğində aktivlər toplamış, bankın depozitlərin həcmi isə 31,3 milyon ABŞ dolları təşkil etmişdir.

Korporasiyanın təxminlərinə görə, bankın ləğvi ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondunun xərcləri təxminən 27 milyon dollar təşkil edəcək.

FDIC 250 min dollar məbləğində depozitlər sığortalayır. Birinci rübün sonunda sığorta sistemində 5,362 bank və əmanət qurumu iştirak etmişdir.

2019-cu il 31 mart tarixi üçün ABŞ-da problemli bankların sayı 59 olmuşdur. Qeyd edək ki, ötən il bu rəqəm 60 olub.

Problemli bankların aktivlərinin həcmi 3 ay ərzində 48,5 milyard dollardan 46,7 milyard dollaradək azalıb.

FDIC əmanət sığortası fondunun ümumi məbləği birinci rübdə 2,3 milyard dollar artaraq 104,9 milyard dollara çatıb.

Xəbər lenti