Xəzər Xəbər

İATA: Qlobal aviasiya gəlirləri 7,5 milyard dollar azala bilər

İqtisadiyyat | 15:30 • 3 İyun 2019
İATA: Qlobal aviasiya gəlirləri 7,5 milyard dollar azala bilər

Çin ilə ABŞ arasında ticarət mübahisələrinin və yüksək yanacaq qiymətlərinin təsiri cari il üçün qlobal aviasiya gəlirlərinin 7,5 milyard ABŞ dolları məbləğində azalmasına səbəb olacaq.


Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) baş direktoru Aleksandr de Junyak Seulda keçirilən illik iclasda deyib. Dünya üzrə hava trafikinin 80 faizini əhatə edən İATA ötən ilin dekabrında qlobal aviasiya gəlirlərinin cari il üçün 35,5 milyard dollar səviyyəsində olacağını proqnozlaşdırmışdı. Amma hazırda təşkilat gəlirlərin 28 milyard dollar səviyyəsinə enəcəyini güman edir.


Aleksandr de Junyak aviasiya şirkətlərinin gəlirlərini artırmaq ümidinin davam etdiyini, amma bunun asan olmayacağını bəyan edib.


İATA Asiyanın bir neçə ölkəsində aviasiya şirkətlərinin yük daşımalarına mənfi təsir göstərən ticarət mübahisələri ilə bağlı narahatlığını bəyan edib. Qurum yük daşımalarında müşahidə olunan geriləmənin sərnişin daşımalarında ola biləcəyini istisna etmir. (AZƏRTAC)

Xəbər lenti