Xəzər Xəbər

Bakı-Sabunçu-Bakı qatarı 3 gün işləməyəcək

İqtisadiyyat | 19:18 • 29 May 2019
Bakı-Sabunçu-Bakı qatarı 3 gün işləməyəcək

Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarları mayın 30-da hazırda qüvvədə olan cədvəl üzrə hərəkət edəcək.

"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, təmirlə əlaqədar olaraq mayın 31-i və iyunun 1-2-də Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkəti dayandırılacaq.

İyunun 3-dən etibarən isə Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq.

Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri 6031/6032, 6033/6034, 6039/6040 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq. Mayın 30-dan etibarən qatarların yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək.

Xəbər lenti