Xəzər Xəbər

Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli iyulun 1-dən bərpa ediləcək

İqtisadiyyat | 11:30 • 29 May 2019
Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli

Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini iyulun 1-dən bərpa edəcək.

XəzərXəbər-in trend.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov deyib.

Qeyd edək ki, Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini mart ayında dayandırmışdı. Buna səbəb kəmərin Azərbaycan sahəsində aparılan təmir işləridir. Bu müddət ərzində həmin istiqamətdə nəqli nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarük edilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti