Xəzər Xəbər

Topdansatış və pərakəndə ticarətlə məşğul olan fiziki şəxslər gəlir vergisi ödəyiciləridirlər

İqtisadiyyat | 12:43 • 25 May 2019
Topdansatış və pərakəndə ticarətlə məşğul olan fiziki şəxslər gəlir vergisi ödəyiciləridirlər

Fiziki şəxs malları obyektdə kassa aparatı quraşdıraraq əhaliyə son istehlak məqsədilə pərakəndə qaydada satır. Həmçinin həmin obyektdə topdan qaydada da malların e-qaimə faktura ilə satışı fəaliyyəti ilə məşğul olur. Fiziki şəxs, eyni zamanda, topdan və pərakəndə satış fəaliyyəti ilə məşğuldursa, o halda hansı verginin ödəyicisi olmalıdır?


Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur. Yəni vergiödəyicisi həm pərakəndə satış, həm də topdansatış fəaliyyəti ilə məşğul olduğu halda, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirir. Buna əsasən, topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkar bu ilin yanvarın 1-dən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Xəbər lenti