Xəzər Xəbər

Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

İqtisadiyyat | 12:37 • 21 May 2019
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan MDB ölkələrinə 334 milyon 266 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 4 milyon 390 min dollar çoxdur.

Cari ilin 4 ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 17 milyon 909 min dollar olub.

Xəbər lenti