Xəzər Xəbər

Əhalinin gəlirləri 17 milyard manatı ötüb

İqtisadiyyat | 13:40 • 20 May 2019
Əhalinin gəlirləri 17 milyard manatı ötüb

Yanvar-aprel aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 17 milyard 72 milyon manata çatıb.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər 1729 manat olub.


Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 15 milyard 660,9 milyon manatlıq vəsait qalıb.

Xəbər lenti