Xəzər Xəbər

Rusların 68 faizi maaşının artacağına inanmır

İqtisadiyyat | 12:26 • 15 May 2019
Rusların 68 faizi maaşının artacağına inanmır

Rusiya əhalisi məvacibindən narazıdır. Hər halda, sosial sorğu belə deməyə əsas verir.

Rusların 68 faizi maaşının artacağına inanmır. ВЦИОМ təşkilatının (Ümumrusiya ictimai rəyi öyrənmə mərkəzi) sorğusu belə nəticə ortaya çıxarıb.

Respondentlərin 68 faizi hesab edir ki, hətta daha çox və yaxşı işləsə belə, məvacibi artmayacaq. Xüsusilə yaşlı nəsil bədbin danışıb. 18-24 yaş arası fikir bildirənlərin 63 faizi daha nikbin görünüblər. Onlar çox qazana biləcəklərinə ümidi itirməyiblər.Ümumilikdə sorğuda iştirak edənlər işini bəyənir. Respondentlərin 85 faizi belə deyib. Həmin adamların yarısı hətta pul almasa belə, işi tərk etməyə hazır olmadığını söyləyib. Hər beş nəfərdən biri işini dəyişməyə və ya çıxıb getməyə hazırdır. Yaşı 60-ı ötmüş ruslar işləməyə çox meylli görünmür.

"Hays” beynəlxalq rekrutinq şirkətinin sorğusu da təxminən belə nəticələr ortaya qoymuşdu. Sorğuya görə, rusların yarısı karyera üçün başqa ölkəyə köçmək arzusundadır. 35 faiz qəti fikrə gəlib. Respondentlərin 56 faizi dəqiq cavab verməyə çətinlik çəkir./Bizimyol.info

Xəbər lenti