Xəzər Xəbər

ABŞ-ın neft ehtiyatları azalır

İqtisadiyyat | 13:22 • 10 May 2019
ABŞ-ın neft ehtiyatları azalır

Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.


Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 4 milyon barrel (0,8 faiz) azalaraq 466,6 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 9,9 milyon barrel çoxalmışdı.


ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə əvvəlki həftə ilə müqayisədə 0,9 milyon barrel azalaraq 647,7 milyon barrel təşkil edib.


Ölkənin benzin ehtiyatları hesabat həftəsində 0,6 milyon barrel (0,3 faiz) azalaraq 226,1 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 0,4 milyon barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,9 milyon barrel artmışdı.

Xəbər lenti