Xəzər Xəbər

Metrostansiyalarda quraşdırılacaq 7 ventilyator Bakıya gətirilib

İqtisadiyyat | 12:33 • 7 May 2019
Metrostansiyalarda quraşdırılacaq 7 ventilyator Bakıya gətirilib

Metrostansiyalarda quraşdırılacaq 7 ventilyator Bakıya gətirilib.


Bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.


Onun sözlərinə görə, hazırda "Qara Qarayev” metrostansiyasında ventilyatorun quraşdırılmasına başlanılıb: "Digər ventilyatorlar isə plan üzrə quraşdırılacaq. Yaxın günlərdə "Memar Əcəmi" stansiyasında da yeni ventilyatorun quraşdırılmasına başlanacaq. Digərləri isə "Nizami" metrostansiyasında və stansiyaya yaxın tuneldə quraşdırılacaq”.

Xəbər lenti