Xəzər Xəbər

Çamadanda gizlədilən narkotik vasitələr aşkarlanıb

İqtisadiyyat | 15:50 • 1 May 2019
Çamadanda gizlədilən narkotik vasitələr aşkarlanıb

Çamadanda gizlədilən narkotik vasitələr aşkarlanıb.


Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən xezerxeber.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda, İrandan Azərbaycana gələn "Volvo” markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib. Avtobusda olan sərnişin Pakistan vətəndaşı Shah Nasrat Yar Mat oğlunun əl yükünə rentgen aparatı ilə baxış keçirilərkən rəngli fonda şübhəli cizgilər müşahidə edilib. Yoxlama zamanı bir ədəd qara və bir ədəd qəhvəyi rəngli çamadanların hər birinin daşınması üçün nəzərdə tutulan metal tutacaqların içərisindən ayrı-ayrılıqda 438 qram, ümumilikdə 876 qram narkotik vasitə-heroin aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti