Xəzər Xəbər

Prezident İlham Əliyev: Bakıya yeni metro vaqonları gətiriləcək

İqtisadiyyat | 14:05 • 1 May 2019
Prezident İlham Əliyev: Bakıya yeni metro vaqonları gətiriləcək

Bakıya yeni metro vaqonları gətiriləcək.


Xezerxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.


Dövlətimizin başçısı bildirib: "Bakı şəhərində nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur, şəhər nəqliyyatı təkmilləşir. Bu il 300 ən müasir avtobusun Bakıya gətirilməsi nəzərdə tutulur. Beləliklə, bu, şəhər nəqliyyatına böyük töhfə olacaqdır. Şəhərə yeni metro vaqonları gətiriləcək. Yüzlərlə yeni lift quraşdırılacaq. Bu məqsədlər üçün dövlət büdcəsində vəsait nəzərdə tutulur. Şəhərətrafı dəmir yolunun çəkilişi prosesi davam etdirilir. Bu da şəhər nəqliyyatının işini böyük dərəcədə yaxşılaşdıracaq”.

Xəbər lenti