Xəzər Xəbər

“Azexport.az” portalına birinci rübdə 178,4 milyon dollarlıq ixrac sifarişləri daxil olub

İqtisadiyyat | 17:03 • 30 Aprel 2019
“Azexport.az” portalına birinci rübdə 178,4 milyon dollarlıq ixrac sifarişləri daxil olub

Yanvar-mart aylarında "Azexport.az” portalına 178,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı”nın aprel sayında deyilir.


Bildirilir ki, bu ilin martında portala daxil olan ixrac sifarişlərinin dəyəri 32,8 milyon dollar təşkil edib. Martda portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (11,5 faiz), Türkiyə (9,9 faiz), ABŞ (7 faiz), Hindistan (6,6 faiz) və Gürcüstan (5,3 faiz) qərarlaşıb.


"Cari ilin martında ən çox ixrac sifarişi pambıq lifi, pambıq yağı, soğan, tütün, şərab, nar şirəsi, çay, qənnadı məhsulları, konservləşdirilmiş tərəvəz, kosmetik vasitə, gül, fındıq, tikinti materialı, mühərrik yağı, dondurulmuş toyuq əti, biyan kökü və sair mallara daxil olub”, - deyə "İxrac İcmalı”nda qeyd olunur.


2017-ci ilin yanvarından bu il martın 31-nə kimi (27 ay ərzində) "Azexport.az” portalına 126 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 167,5 milyon dollar təşkil edib.

Xəbər lenti