Xəzər Xəbər

Neft Fondu indiyədək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,3 milyard manat ayırıb

İqtisadiyyat | 14:49 • 29 Aprel 2019
Neft Fondu indiyədək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,3 milyard manat ayırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il martın 31-dək qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 2 milyard 322,4 milyon manat ayırıb.


Xezerxeber.az ARDNF-ə istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında isə Neft Fondu tərəfindən qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat yönəldilib.

Xəbər lenti