Xəzər Xəbər

Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalıb

İqtisadiyyat | 13:12 • 27 Aprel 2019
Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalıb

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır.


Bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 21 ədəd azalaraq 991 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 30 ədəd azdır.


Keçən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 20 ədəd azalaraq 805 olub. Lakin bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayında 20 ədəd azalma qeydə alınıb.


Aktiv qaz qazma qurğularının sayı da 1 ədəd geriləyərək 186 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 9 ədəd azalıb.


Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

Xəbər lenti