Xəzər Xəbər

Vergi ödəməkdən yayınan şəxslərə 7,4 milyon manatın ödətdirilməsi təmin edilib

İqtisadiyyat | 13:58 • 23 Aprel 2019
Vergi ödəməkdən yayınan şəxslərə 7,4 milyon manatın ödətdirilməsi təmin edilib

Bu ilin birinci rübündə vergidən yayınma hallarına son qoyulması, "kölgə” iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergiödəyicilərində uçotun düzgün aparılması və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilib, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, həmin dövrdə vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 7,4 milyon manat məbləğin ödətdirilməsi təmin edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Xəbər lenti