Xəzər Xəbər

Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir

İqtisadiyyat | 13:25 • 22 Aprel 2019
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir

Cari ildə Azərbaycanda təbii qaz hasilatının 19 faiz, ixracının isə 25 faiz artacağı proznozlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə aprelin 22-də Bakıda keçirilən SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, 2021-ci ildə ölkədə təbii qaz istehsalının 45 milyard kubmetrə çatacağı nəzərdə tutulur.

Xəbər lenti