Xəzər Xəbər

Bağlanan bank və ya BOKT-ların kompensasiya ödənişləri "Azərpoçt" tərəfindən veriləcək

İqtisadiyyat | 11:15 • 22 Aprel 2019
Bağlanan bank və ya BOKT-ların kompensasiya ödənişləri "Azərpoçt" tərəfindən veriləcək

Bağlanan banklar və Bank Olmayan Kredit Təşkilatları (BOKT) üzrə problemli kredit sahibləri "Azərpoçt" MMC-nin rəsmi internet səhifəsindən (azerpost.az) "Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat" bölməsindən məlumat əldə edə bilərlər. Bunu ONA-ya "Azərpoçt"dan deyiblər.


Ləğv prossesində olan bank və ya BOKT-ların kompensasiya ödənişləri "Azərpoçt" tərəfindən həyata keçiriləcək.


Vətəndaşlara aidiyyatı üzrə poçt şöbələri və ya banklar tərəfindən SMS göndəriləcək.

SMS-də kompensasiyanı hansı ünvandan əldə etmək mümkün olacağı qeyd ediləcək.


"500-manatadək olan məbləğ nağd şəkildə ödəniləcək, 500 manatdan yuxarı məbləğlərə poçt şöbələri tərəfindən kartlar ayrılacaq",- deyə "Azərpoçt"dan qeyd ediblər.

Xəbər lenti