Xəzər Xəbər

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat | 13:45 • 21 Aprel 2019
Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Cari ilin birinci rübündə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 1 milyona dollara yaxın olub.

Bu barədə AZƏRTAC-a Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Azərbaycan Moldovadan 835,1 min dollar dəyərində məhsul idxal edib. Azərbaycandan Moldovaya isə 95,6 min dollarlıq məhsul göndərilib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.

Xəbər lenti