Xəzər Xəbər

Yediyimiz ətin 50 faizi xaricdən gəlir

İqtisadiyyat | 16:06 • 20 Aprel 2019
Yediyimiz ətin 50 faizi xaricdən gəlir

Ət idxalı Azərbaycanın ümumi idxalının 0.58%-ni təşkil edib

2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan 18 milyon 149.16 min ABŞ dolları dəyərində 13 033.08 ton ət idxal edib.

XəzərXəbər Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu ilin 3 ayında 2018-ci ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 4,94 mln. dollar (37,40%), miqdar ifadəsində isə 4311 ton (49,43%) artıb.

Bu ilin yanvar-mart ayları ərzində ət idxalı Azərbaycanın ümumi idxalının 0.58%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin 3 ayında Azərbaycanın ticarət dövriyyəsinin 4 mlrd. 484,55 mln. dolları ixracın, 3 mlrd. 135,58 mln. dolları isə idxalın payına düşüb.

Xəbər lenti