Xəzər Xəbər

Rusiya Ukraynaya neft satışını qadağan etdi – Yeni sanksiya

İqtisadiyyat | 12:45 • 19 Aprel 2019
Rusiya Ukraynaya neft satışını qadağan etdi

Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynada prezident seçkisinin ikinci turunun keçirilməsinə 3 gün qalmış bu ölkəyə sanksiya tətbiq edildiyini bildirib.

Baş nazirin sözlərinə görə, Rusiya Ukraynaya neft və neft məhsullarının ixracını qadağan edib. Həmçinin, Rusiyaya idxalı qadağan olunan Ukrayna mallarının siyahısını genişləndiriləcək.

Baş nazirin sözlərinə görə, bu, ötən həftə Ukraynanın tətbiq etdiyi ticarət sanksiyalarına cavabdır. Bu məhdudiyyətlər Ukrayna maşınqayırma məhsullarına, yüngül sənayesinə və metal emalına təsir göstərəcək./teleqraf

Xəbər lenti