2019-cu il martın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1534,3 min nəfər olub.
XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, onlardan 865,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2019-cu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.