Xəzər Xəbər

İri taxılçılıq təsərrüfatlarına güzəştli şərtlərlə texnika satılacaq

İqtisadiyyat | 14:34 • 17 Aprel 2019
İri taxılçılıq təsərrüfatlarına güzəştli şərtlərlə texnika satılacaq

Bu il başlayacaq taxıl biçini mövsümündən etibarən "Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektara qədər sahəsi olan fermerlərin taxıl sahələrinin biçilməsinə üstünlük veriləcək.

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində iri taxılçılıq təsərrüfatları və aqroparkların nümayəndələri ilə görüşdə məlumat verilib.

Bildirilib ki, yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcək. Görüşdə aqropark nümayəndələrinə lizinq yolu ilə öz kombaynlarını əldə etmək tövsiyə olunub.

Tədbirdə vurğulanıb ki, iri taxılçılıq təsərrüfatları hazırda Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə bağlı mövcud olan yeni qaydalara əsasən dövlət tərəfindən 40 faiz güzəşt tətbiq olunmaqla, 20 faiz ilkin ödəniş əsasında, yerdə qalan hissəni isə uzunmüddətli, faizsiz kredit əsasında "Aqrolizinq” ASC və ya özlərinin istədikləri təchizatçı şirkətlərdən əldə edə bilərlər.

Xəbər lenti