Xəzər Xəbər

Gömrükçülər əl çantasında narkotik vasitə aşkarlayıblar

İqtisadiyyat | 15:47 • 16 Aprel 2019
Gömrükçülər əl çantasında narkotik vasitə aşkarlayıblar

Gömrükçülər narkotik vasitə - marixuana aşkarlayıblar.


Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən xezerxeber.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub. Bundan sonra gömrükçülər tərəfindən həmin vətəndaşın əl çantasına baxış keçirilib. Baxış zamanı çantadakı pul qabının içərisində gömrük orqanına bəyan olunmayan 2 ədəd bükülüdə 1 qram marixuana aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti