Xəzər Xəbər

İki ayda 4 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib

İqtisadiyyat | 13:02 • 27 Mart 2019
İki ayda 4 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib

Bu ilin ilk 2 ayında ölkədə 4 milyard 178,7 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 4 milyard 34,6 milyon kilovat/saat elektrik enerjisi alınıb.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, həmin həcmin 3 milyard 829,2 milyon kilovat/saatı istilik, 181,6 milyon kilovat/saatı su, 5,1 milyon kilovat/saatı günəş, 18,7 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.

Xəbər lenti

Çox oxunanlar