Xəzər Xəbər

Avropa İttifaqından Türkmənistana təklif...

İqtisadiyyat | 15:36 • 21 Fevral 2019
Avropa İttifaqından Türkmənistana təklif...

İllik həcm təxminən 10 milyard kubmetr olacaq.

"Avropa İttifaqı Azərbaycan üzərindən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqli məsələsində Türkmənistana öz təklifini verib”.

Bunu Avropa Komissiyasının Büdcə və İnsan Resursları Komitəsinin üzvü Günter Ottinger deyib.

O, Azərbaycanın mavi yanacağı Avropaya nəql etmək üçün böyük infrastruktura sahib olduğunu bildirib.

Lakin Günter Ottinger bununla bağlı yekun qərarın Türkmənistana bağlı olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan 2020-ci ildən başlayaraq Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql etməyə başlayacaq. İllik həcm təxminən 10 milyard kubmetr olacaq.

2018-ci ildən isə Azərbaycan bu xətlə Türkiyəyə qaz ixracına başlayıb.(teleqraf.com)

Xəbər lenti