Xəzər Xəbər

Türkiyə “Türk axını” layihəsinə 23 milyon dollar sərmayə qoyacaq

İqtisadiyyat | 14:54 • 19 Fevral 2019
Türkiyə “Türk axını” layihəsinə 23 milyon dollar sərmayə qoyacaq

Türkiyə hökumətinin 2019-cu il üçün sərmayə planında "Türk axını” təbii qaz kəməri layihəsinin bu ölkənin ərazisindən keçən hissəsinin tikintisinə 122 milyon türk lirəsi (23 milyon dollar) sərmayə qoyulması nəzərdə tutulub.


Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hökumət rəsmiləri bu layihənin həyata keçirilməsinə ümumilikdə 217,91 milyon lirə ayrılacağını bəyan ediblər. 2018-ci ildə "Türk axını” təbii qaz kəməri layihəsinin reallaşdırılmasına dövlət büdcəsindən 95,91 milyon lirə sərmayə qoyulub.


"Türk axını”nın ilkin mərhələsində Rusiya təbii qazının daxili istehlak məqsədilə Türkiyəyə nəqli həyata keçiriləcək. Boru xəttinin 2019-cu ilin sonlarında istifadəyə veriləcəyi nəzərdə tutulur. Qaz kəmərinin ümumi həcmi 31,5 milyard kubmetrdir və ilkin mərhələdə Türkiyə istehlakçılarına 15,75 milyard kubmetr qazın çatdırılması planlaşdırılır. İkinci mərhələdə isə daha15,75 milyard kubmetr qazın Avropaya – Bolqarıstan, Serbiya, Macarıstan və Slovakiyaya nəqli nəzərdə tutulur.

Xəbər lenti