Xəzər Xəbər

Primorskidən bu məhsulların idxalına məhdudiyyət qoyulub

İqtisadiyyat | 15:40 • 16 Yanvar 2019
Primorskidən bu məhsulların idxalına məhdudiyyət qoyulub

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Agentliyin məlumatında deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alınmışdır.

Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Primorski vilayətindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb: "Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Primorski vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub".

Xəbər lenti