Xəzər Xəbər

Aksiz markası olmayan spirtli içkilər aşkarlanıb - FOTO

İqtisadiyyat | 12:32 • 16 Yanvar 2019
Aksiz markası olmayan spirtli içkilər aşkarlanıb -

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes-Benz E270" markalı nəqliyyat vasitəsində aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub. 


Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məlumat əsasında həmin avtomobil Ağcabədi rayonu istiqamətində hərəkət edərkən Şəmkir rayonunda saxlanılıb və gömrük baxışı keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib. Baxış zamanı avtomobilin salonunda sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, "Nemirovskaya osobaya" yazısı olan 28 ədəd 1 litrlik spirtli içkilər aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti