Xəzər Xəbər

Lirə və rubl ucuzlaşmaqda davam edir

İqtisadiyyat | 14:16 • 13 Avqust 2018
Lirə və rubl ucuzlaşmaqda davam edir
Rəsmi Vaşinqtonun Moskva və Ankaraya münasibətdə tətbiq etdiyi sanksiyalar və birtərəfli ticarət tarifləri nəticəsində Rusiya rublu və Türkiyə lirəsi ABŞ dolları qarşısında dəyərini itirməkdə davam edir.

 

"Business İnsider" xəbər verir ki, ötən həftənin cümə günü Trampın ticarət tarifi qərarı ilə ucuzlaşan türk lirəsi ötən gün dollar qarşısında rekord tarixi enişini yaşayıb. Bu axşamadək 1 dollar 7 lirə keçərək, 7,24 lirə təşkil edib.


Lakin Türkiyə Mərkəz Bankınnın müdaxiləsindən sonra lirə bu gün bir qədər möhkəmlənərək dollara nisbətdə 6.8 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb.

Rusiyada isə milli valyuta olan rubl dollar qarşısında 2016-cı il aprelin 18-də qeydə alınan eniş rekordunu yeniləyib. Hazırda 1 dollar 67,8 rubl təşkil edir.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı avqustun 9-dan bu günədək dollar alışı həyata keçirməyib. /azvision.az

Xəbər lenti