Xəzər Xəbər

Rusiya dollardan imtina edir

İqtisadiyyat | 10:53 • 13 Avqust 2018
Rusiya dollardan imtina edir
ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli bir alətə çevrildiyindən, Rusiya ABŞ aktivlərinə investisiya yatırılmasını əhəmiyyətli dərəcədə azaldıb və bundan sonra da azaldacaq.


Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov "Rossiya 1” telekanalına verdiyi açıqlamada deyib.


"ABŞ-ın Rusiyaya qarşı sanksiyaları səbəbindən Moskva dollar əvəzinə avro və Çin yuanından istifadəni artıracaq. Lakin Rusiyadakı Amerika şirkətlərinə sanksiyalar tətbiq edilməyəcək, çünki həmin müəssisələrdə çox sayda Rusiya vətəndaşları işləyir. Neft ticarətində isə yerli valyutalardan istifadəyə keçmək ehtimalını dəyərləndirirk. ABŞ-ın sanksiyaları amerikalıların özünə qarşı çevriləcək.” – deyə, rusiyalı nazir bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya, Çin, İran və Ukrayna kimi ölkələrlə ikitərəfli ticari ödənişlərin milli valyuta ilə ödənilməsinin planlaşdırıldığını bildirib. /azvision.az

Xəbər lenti