Xəzər Xəbər

Azərbaycanda ticarət əməliyyatlarının həcmi 16 milyard dollardan çox olub

İqtisadiyyat | 13:25 • 11 Avqust 2018
Azərbaycanda ticarət əməliyyatlarının həcmi 16 milyard dollardan çox olub

Bu ilin yanvar-iyul ayında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 16 milyard 524 milyon 541 min ABŞ dolları olub.


Dövlət Gömrük Komitəsindən (DGK) xezerxeber.az-a verilən məlumata görə, yeddi ayda ticarət əməliyyatlarının ümumi həcminin 5 milyard 776 milyon 222 min dolları idxalın, 10 milyard 748 milyon 319 min dolları isə ixracın payına düşür.

Xəbər lenti