Xəzər Xəbər

SOCAR Gürcüstanda yeni qaz kəmərləri alıb

İqtisadiyyat | 12:15 • 23 İyul 2018
SOCAR Gürcüstanda yeni qaz kəmərləri alıb

"SOCAR Georgia Gas” şirkəti Gürcüstanın bir sıra rayonlarında qaz kəmərlərini əldə edib.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstan hökumətinin qərarı ilə qaz kəmərləri şirkətə 21,3 mln. lari (9,5 mln. dollar) məbləğində satılıb.

Kaspi, Zuqdidi, Laqodexi, Axmeta, Qardabani, Zestafoni, Ozurgeti və Oni rayonlarında yerləşən qaz kəmərlərinin ümumi uzunluğu 594 min paqon-metr təşkil edir.

Sövdələşməyə əsasən, "SOCAR Georgia Gas” aldığı daşınmaz əmlakın dəyərini 48 ay müddətində tam ödəməlidir.

Xəbər lenti