2018-ci ilin
yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın
153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib,
94 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən idxal olunub. XəzərXəbər Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılıb,
lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam
neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla
2018-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 9 mlrd.
318,8 mln. ABŞ
dolları, o cümlədən ixracın dəyəri 6 mlrd. 292,7 mln. dollar, idxalın
dəyəri 3 mlrd. 26,1 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 266,6 mln.
dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-aprel
ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə
32,8%, real ifadədə isə 3,3%, o cümlədən ixrac 2,2%, idxal 5,7% artıb.
İxracın
24,7%-ni İtaliyaya, 9,2%-ni İsrailə, 7,4%-ni Türkiyəyə, 5,5%-ni
İndoneziyaya, hər biri 4,9% olmaqla Tayvan (Ç-nin əyaləti) və
Almaniyaya, 4,4%-ni Çexiyaya, 3,7%-ni Kanadaya, hər biri 3,2% olmaqla
Gürcüstan və İspaniyaya, 3,0%-ni Avstriyaya, 2,9%-ni Portuqaliyaya,
2,8%-ni Rusiyaya, hər biri 2,5% olmaqla Ukrayna və Hindistana, qalan
15,2%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərnin 17,4%-i Rusiya, 15,5%-i Türkiyə, 10,1%-i Çin, 7,8%-i Almaniya, 4,7%-i ABŞ, 4,0%-i Ukrayna, 3,4%-i İtaliya, 3,1%-i Belarus, 2,9%-i İran, 2,3%-i Birləşmiş Krallıq, 28,8%-i isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2018-ci
ilin yanvar-aprel aylarında 485,3 mln. dollar dəyərində qeyri-neft
məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-aprel aylarına
nisbətən faktiki qiymətlərlə 19,3%, real ifadədə isə 11,4% çoxdur.
2018-ci ilin yanvar-aprel aylarında 2017-ci ilin eyni dövrü ilə
müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 60,7%, meyvə və
tərəvəz şirələri – 16,2%, kartof – 2,5 dəfə, meyvə və tərəvəz
konservləri – 24,3%, təbii üzüm şərabları və üzüm suslosu – 2,4 dəfə,
marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,0%, polietilen – 9,6%,
emal olunmamış alüminium – 9,1%, qara metallardan borular – 19,0%,
pambıq ipliyi – 32,2%, bentonit gili –19,8% artmış, təzə tərəvəz ixracı
12,8%, şəkər – 42,2%, tütün – 17,9%, çay – 6,8%, bitki yağları – 18,3%,
pambıq lifi – 9,6%, qara metallardan yarımfabrikatlar – 88,5% azalıb.
2017-ci
ilin yanvar-aprel ayları ilə müqayisədə 2018-ci ilin yanvar-aprel
aylarında buğda idxalı 56,3%, bitki yağları – 60,1%, təzə meyvə – 48,9%,
çay – 16,6%, qara metallardan borular – 2,2 dəfə, minik avtomobilləri –
3 dəfə, polad prokatı – 8,4%, mineral gübrələr – 3,4 dəfə, mebel – 2,3
dəfə, qara metallardan çubuqlar – 21,3%, hesablama maşınları, blok və
qurğuları – 6,3%, rezin şinlər – 7,3%, polietilen – 63,8%, paltaryuyan
maşınlar – 62,5%, yük avtomobilləri – 78,0%, sement və sement
klinkerləri – 2,2 dəfə, məişət soyuducuları – 2,4 dəfə artıb, siqaret
idxalı isə 10,5%, kərə yağı, digər süd yağları və pastaları – 18,1%,
kartof – 11,6%, quş əti və onun əlavə məhsulları – 13,3%, xam şəkər və
şəkər – 81,3%, mal əti – 17,3%, təzə tərəvəz – 51,9%, qara metallardan
künclüklər 16,7%, məişət kondisionerləri – 9,0%, avtobuslar – 11,5%
azalıb.