Xəzər Xəbər

Dünya Bankı: Bu il neftin qiyməti 68 dollar olacaq

İqtisadiyyat | 15:48 • 26 Aprel 2018
Dünya Bankı: Bu il neftin qiyməti 68 dollar olacaq

Dünya Bankı ("World Bank”) neftin qiymətinə dair proqnozunu artırıb.


AZƏRTAC banka istinadla xəbər verir ki, proqnozun artmasına səbəb kimi güclü tələbat artımı, eləcə də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələrlə əldə olunan neft hasilatının azaldılması üzrə saziş göstərilir. Neft, təbii qaz və kömür daxil olmaqla enerji məhsullarının qiymətinin 2018-ci ildə 20 faiz artacağı nəzərdə tutulur.


Bankın ötən il üzrə neftin qiymətinə dair proqnozu isə 53 dollar/barrel idi.

Xəbər lenti