"Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq inkişaf edir”.
XəzərXəbər-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iki dövlət arasında yeni layihələr mövcuddur.
"Onların
reallaşması üçün bütün addımlar atılacaq. Xüsusən bu sahədə ən önəmlisi
milli valyutalara keçid olacaq. Bundan əlavə, yaxın zamanda, iyulun
əvvəlində TANAP-ın
açılışı keçiriləcək. Bu, xalqlarımıza, dünyaya bir müjdəmiz olacaq. Bu,
tək Tükiyə və Azərbaycan arasında qaz nəqlinə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Sentyabr-oktyar aylarında "Star” zavodu açılacaq.
Bununla
da Azərbaycan Türkiyədə ən böyük sərmayəçi olacaq. Qısa müddətdə
güzəştli ticarətə dair müqavilə həyata keçiriləcək.
Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatları da əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir”.