Xəzər Xəbər

1 milyonu ölkədən çıxarmaq cəhdinin qarşısı alınıb - FOTO

İqtisadiyyat | 15:55 • 24 Aprel 2018
1 milyonu ölkədən çıxarmaq cəhdinin qarşısı alınıb -

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.


Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, lakin onun üzərində gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı əsaslı şübhə yaranıb.

Vətəndaş saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Nəticədə, onun gödəkçəsinin və şalvarının ciblərində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, yazılı və ya elektron formada bəyan olunmayan cəmi 1 milyon Rusiya rublu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti