Xəzər Xəbər

Pərviz Şahbazov: Azərbaycanın OPEC-ə tamhüquqlu üzvlüyü gündəmdə deyil

İqtisadiyyat | 14:23 • 23 Aprel 2018
Pərviz Şahbazov:

Azərbaycanın Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) tamhüquqlu üzv olması məsələsi gündəmdə deyil.

Bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

"Bizə OPEC tərəfdən belə bir təklif olub. Amma biz hazırda olduğu kimi OPEC-lə OPEC+ formatında əməkdaşlıqdan çox razıyıq və qarşıya qoyduğumuz hədəflərə də nail oluruq. Ona görə də, biz bu əməkdaşlığı çox yüksək qiymətləndiririk və onu davam etdirmək niyyətindəyik", - deyə nazir bildirib.

Xəbər lenti