Xəzər Xəbər

Şahin Mustafayev: "Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik"

İqtisadiyyat | 14:10 • 23 Aprel 2018
Şahin Mustafayev: "Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik"

"Biz Rusiya tərəfinə Azərbaycanın 5 illik istehsal planları ilə bağlı məlumat vermişik ki, onlar da öz idxal-ixrac əməliyyatlarında bunu nəzərə alsınlar".


Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın qarşıdakı illərlə bağlı çox məqsədyönlü proqramları var.

"Biz qarşıdakı illərdə ixracın artırılması istiqamətində böyük həcmdə işlər aparırıq. Biz məhsuldarlığın artırılması hesabına məhsul istehsalını artırmaq niyyətindəyik. Qarşıdakı 5 il ərzində Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik. Bu, bizim üçün hədəfdir", - deyə nazir vurğulayıb.

Xəbər lenti