Cari ilin yanvar-fevral aylarında tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 40,0 faiz artaraq 67,7 milyon manat olub.
Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, hörmə üçün hazır beton qarışığı istehsalı 3,9 dəfə, tikinti kərpici istehsalı 1,8 dəfə, sement istehsalı isə 52,1 faiz artıb.