Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il
tarixli "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi
haqqında” Sərəncamına müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sərəncamın şamil olunduğu hər bir
pensiyaçının pensiyasına müvafiq artımların hesablanması başa
çatdırılıb.
XəzərXəbər xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin məlumatında qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu
və onun yerli orqanlarında müasir standartlara cavab verən
avtomatlaşdırılmış iş yerləri təşkil olunub. Lokal şəbəkələrin mərkəzi
informasiya sistemlərinə birləşdirilərək fondun ümumi korporativ
şəbəkəsinin formalaşdırılması və yeni proqram təminatları ilə təmin
edilməsi nəticəsində, ölkə başçısı tərəfindən imzalanmış bu sərəncam
qısa müddətdə icra edilib.
Nəticədə, muxtar respublika üzrə 47
min 994 nəfər əmək pensiyaçısının pensiyasının ümumi məbləği və 168 min
935 nəfər sığortaolunanın fərdi uçot sistemindəki fərdi hesabının
sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri 2017-ci
ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq
2018-ci il yanvarın 1-dən 5,7 faiz indeksləşdirilərək artırılıb.
Məlumat
üçün bildirək ki, muxtar respublika üzrə bütün növ əmək pensiyaları
ürzə hesablanmış artımlar, 2018-ci il fevral ayının 16-da yanvar və
fevral aylarındakı artımlarla birgə əmək pensiyaçılarına ödənilib.